Kərim Benzema karyerasını başa vurmağa hazırlaşır
"Qızıl top" sahibi və UEFA Çempionlar Liqasının 5 qat qalibi Kərim Benzema peşəkar futbol karyerasını bitirməyə qərar verib. 38 yaşlı fransalı hücumçu "Əl-Hilal" klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdikdən sonra yaşıl meydanlarla birdəfəlik vidalaşmağa hazırlaşır.
Qızıl Topu qazanan ərəb: Benzemanın qalmaqallar, uğurlar və rekordlarla dolu həyatı
Kərim Mustafa Benzema1987-ci il, 19 dekabrda doğulub. O, Əlcəzair əsilli fransız milli futbolçudur. Hazırda Səudiyyə Ərəbistanının Peşəkar Liqasında çıxış edən “Əl-İttihad” klubunun formasını daşıyır. Futbol tarixinin ən güclü hücumçularından biri hesab olunan Benzema təkcə qol vurmaq bacarığı ilə deyil, həm də yüksək texniki keyfiyyətləri, oyunu oxuma qabiliyyəti, baxışı və meydandakı çoxşaxəli fəaliyyəti ilə seçilən yaradıcı forvet kimi tanınır.