İran nümayəndə heyəti Dohada Hörmüz boğazı və uran məsələlərini müzakirə edir
İran nümayəndə heyəti Dohada ABŞ-İsrail müharibəsinin dayandırılmasına yönəlmiş diplomatik proses çərçivəsində mühüm məsələləri müzakirə edir. Əsas diqqət Hörmüz boğazına nəzarət və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına yönəlib. Heyətdə İranın baş danışıqlarçısı Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bank rəhbəri Əbdül-Nasir Himməti iştirak edir. Mərkəzi Bank rəhbərinin iştirakı dondurulmuş İran aktivlərinin azad edilməsi məsələsinin müzakirədə olduğunu göstərir və bu məsələ gələcək yekun razılaşma memorandumuna daxil ediləcək.
İslamabad sammiti başladı - Pakistanın Baş naziri ABŞ nümayəndə heyətini qəbul etdi
Pakistanın Baş naziri Şahbaz Şərifin ABŞ nümayəndə heyəti ilə görüşü ilə regional təhlükəsizlik və atəşkəs üçün taleyüklü olan İslamabad danışıqlarına rəsmən start verilib.
İran nümayəndə heyəti sülh planını müzakirə etmək üçün İslamabada yola düşür
İranın Pakistandakı səfiri Rza Amiri Moqadam bildirib ki, Tehranın 10 maddəlik sülh planı əsasında danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyəti bu gecə İslamabada yola düşəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə İran Prezidentinin qızı Zəhra Pezeşkian Mənim dənizlərim, mənim okeanlarım sərgisini ziyarət ediblər
Leyla Əliyevanın İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.