Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib
Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın Tripolidə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə görüşüb. Prezident Şurasından verilən məlumata görə, görüş zamanı Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Menfiyə çatdırıb. Görüşdə Türkiyə-Liviya münasibətləri ilə yanaşı, yerli və regional məsələlər müzakirə olunub. Tərəflər Liviyanın sabitliyinin regional təhlükəsizlik üçün əsas amil olduğunu vurğulayıb və bu istiqamətdə iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Ankara yaxınlığında düşən Liviya təyyarəsinin qara qutusundakı pilot danışıqları məlum olub
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Livan hərbi heyətini daşıyarkən Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin istintaqı ilə bağlı mühüm faktları açıqlayıb. Nazir qeyd edib ki, təyyarənin səs yazan cihazındakı (CVR) bütün məlumatlar uğurla oxunub və pilotların qəzadan əvvəlki son danışıqları tam şifrələnib. Araşdırmalar nəticəsində məlum olub ki, təyyarə hələ qəza çağırışı etməzdən əvvəl qüllə ilə mütəmadi əlaqədə olub və elektrik sistemində ciddi nasazlıqlar yaşandığını bildirib.
Türkiyədən qalxan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini daşıyan təyyarə qəzaya uğrayıb
Ankara Esenboğa Beynəlxalq Hava Limanından havaya qalxan xüsusi təyyarə ilə əlaqənin kəsildiyi bildirilib. Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarənin qısa müddət sonra qəzaya uğradığı və qəzanın baş verdiyi ərazinin müəyyən edildiyi açıqlanıb.