Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə təqribən 90000 sərnişin daşınıb
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 29 dekabr–4 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
29-31 dekabr tarixlərində paytaxtdan bölgələrə 25000-dən çox sərnişin daşınıb
Ölkənin bütün avtovağzal və avtostansiyaları dekabrın 29-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gücləndirilmiş rejimin üç günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 838 reyslə 25 046 sərnişin daşınıb.