Somaliland İsrailin hərbi baza planını təsdiqləyib
Somalidən birtərəfli şəkildə ayrılaraq müstəqilliyini elan etmiş Somaliland rəhbərliyi İsrailin bölgədə hərbi baza yaratmaq ehtimalının müzakirə mövzusu olduğunu açıqlayıb. Somaliland nümayəndəsi Deka Qasım İsrailin Kanal 12 televiziyasına müsahibəsində bildirib ki, Təl-Əvivin Somalilandı tanımasından sonra təhlükəsizlik əməkdaşlığı çərçivəsində hərbi baza məsələsi “masadadır”.