Qarabağ Çempionlar Liqasında Napoliyə qarşı
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” növbəti oyununa çıxacaq. Azərbaycan təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq. Görüş “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da öz meydanında “Ayaks” klubuna qarşı keçirəcək.
UEFA "Ayntraxt"ı cərimələdi
UEFA "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən "Ayntraxt"ı (Frankfurt, Almaniya) cərimələnib. Bu barədə qurumun saytı məlumat yayıb. Almaniya təmsilçisinin cəzalandırılmasına səbəb klubun və azarkeşlərinin "Liverpul"la matçda qayda pozuntularına yol verməsi olub.
UEFA "Napoli"yə xəbərdarlıq etdi
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli"yə xəbərdarlıq edilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. UEFA-nın xəbərdarlığının səbəbi Neapol təmsilçisinin 4-cü turun PSV ilə matçında (2:6) əxlaq davranışları qaydalarını pozmasıdır. Baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.
Napoli - Qarabağ oyununun biletləri satışa çıxarılıb
Çempionlar Liqasının 5-ci turunun Napoli - Qarabağ görüşünə biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən 49 manatdan 324 manata qədər) dəyişir. Qeyd edək ki, 4 turdan sonra Qarabağ 7 xalla 15-ci, Napoli 4 xalla 24-cü pillədədir.
Çempionlar Liqasında tarixi oyun - Qarabağ – Çelsi matçı heç-heçə bitdi
UEFA Çempionlar Liqasının dördüncü turunda Qarabağ - Çelsi qarşılaşmasının ilk hissəsi sensasion nəticə ilə yekunlaşıb. Tofiq Bəhramov adına respublik aStadionunda baş tutan oyunun ilk 45 dəqiqəsində Qarabağ London təmsilçisinə qarşı 2:1 hesabı ilə üstünlük qazanıb
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edilib
Hikmət Hacıyev Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə görüşüb.
Çempionlar Liqasında üçüncü turun həyəcanı başlayır
Təmsilçimiz Qarabağ iki turdan sora iki qələbə qazanaraq tarixi uğura imza atıb. Ağdam klubu hazırda 6 xalla turnir cədvəlinin 6-cı yerində qərarlaşıb. Üçüncü turda isə təmsilçimiz Bilbao səfərinə yollanacaq. Oyun Bakı vaxtı ilə 20:45-də start götürəcək.
Çempionlar Liqası: Qarabağın növbəti sınağı
UEFA Çempionlar Liqasının II turunda Azərbaycan təmsilçisi Qarabağ doğma publika önündə Kopenhageni qəbul edəcək. Qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Bu qələbəni cənab İlham Əliyevə həsr edirik - Tahir Gözel
Çempionlar Liqasının Liqa mərhələsinin I turunda Benfikaya qalib gələn Qarabağ bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib. O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir.
Qarabağın tarixi qələbəsindən sonra Benfika baş məşqçisi qovulub
UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda Portuqaliyada Qarabağ Benfikanı 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Benfika klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırmağa qərar verib. Mediada yayılan xəbərlərə görə klub komandanın baş məşqçi postuna, Joze Mourinyonu gətirmək istəyir. Qeyd edək ki, Mourinyo son olaraq Türkiyənin Fənərbağça klubunu çalışdırıb, lakin uğursuz nəticələr fonunda sarı-göylü komanda onun müqaviləsinə xitam verib.
Portuqaliyada tarixi qələbə qazanan “Qarabağ” komandası Vətənə qayıdıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.
Qarabağ dünya reytinqində 38 pillə yüksəlib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı son dünya klublarının reytinq cədvəlində ağdam təmsilçisi 38 pillə yüksələrək 96-cı sıraya yerləşib. Azərbaycanın aparıcı futbol klubu Qarabağ beynəlxalq reytinqdə böyük irəliləyiş əldə edib.