Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılır
Livanın Akkar vilayətinin türkmanlar yaşayan Kavaşra kəndindəki Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
20 Yanvar faciəsinə həsr olunmuş “Şahidlər danışır” adlı görüş keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq gənclər arasında tarixi yaddaşın qorunması və milli şüurun gücləndirilməsi məqsədilə “Şahidlər danışır” adlı görüş təşkil olunub. Görüşdə 20 Yanvar faciəsinin canlı şahidləri – Əməkdar jurnalist, İTV Yayım Şurasının və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, şəhid Ələsgər Qayıbovun yaxınları Qayıbova Sərmayə və Murğuzov Salman iştirak ediblər.