İsrail “Əl Cəzirə” və “Əl-Məyadin” telekanallarını bloklayıb
İsrail hakimiyyəti Qətərə məxsus Əl Cəzirə və Livana məxsus Əl-Məyadin televiziya kanallarının ölkə ərazisində yayımına məhdudiyyət tətbiq edib. İsrailin rabitə naziri Şlomo Karhi X sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, qərara əsasən hər iki telekanalın internet saytları, televiziya yayımları və “YouTube” platformasındakı fəaliyyəti İsrail ərazisində bloklanacaq.