Azərbaycan və BƏƏ xarici işlər nazirləri Əbu-Dabidə görüşüblər
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüş keçirib.
Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub. Danışıq zamanı Azərbaycan–BƏƏ strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. Həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.