Epşteyn Mossad agenti olub? İddialar istintaq materiallarında yer alıb
Ceffri Epşteyn işi üzrə ictimaiyyətə açıqlanan istintaq materiallarında onun İsrail kəşfiyyatı Mossad ilə mümkün əlaqələrinə dair iddialar yer alıb. Yayımlanan materiallara əsasən, iddialar ABŞ Federal Təhqiqat Bürosunun 2020-ci ilin oktyabrına aid hesabatı və anonim mənbənin ifadələrinə söykənir. Mənbə bildirib ki, Epşteynin kəşfiyyat strukturları ilə mümkün əlaqələri barədə nəticəyə şəxsi müşahidələri və təmasları əsasında gəlib. Onun sözlərinə görə, bu ehtimal Harvard Universitetinin hüquq fakültəsinin professoru Alan Derşovits tərəfindən də dolayısı ilə səsləndirilib.