Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri Ukrayna mediasında geniş işıqlandırılıb.
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir. Səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın “Associated Press”, “News Nation”, “Fox New”, ABC, CNN, “The Washington Post”, PBS, “Forbes Breaking News”, “C-Span” kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.
Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti
Düşünürəm ki, bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir.
Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir
Əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezidentin liderliyinin, eləcə də Prezident Əliyevin rəhbərliyinin bariz nümunəsidir. Bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib. O bildirib ki, ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə bir-birimizlə vuruşmalıyıq: “Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın əlavə bazarlara çıxış imkanı yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasın, ticarət aparsın”.
Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens
Burada - Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var.
Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır - ABŞ-nin Vitse-prezidenti
Bu gün biz dostluğuna görə Azərbaycana təşəkkür etmək üçün buradayıq.
Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu - Vens
Mən ABŞ Prezidentinin şəxsən Sizə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdırmaq istəyirəm.