14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir. Səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın “Associated Press”, “News Nation”, “Fox New”, ABC, CNN, “The Washington Post”, PBS, “Forbes Breaking News”, “C-Span” kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.

11 Fevral 2026 22:50
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.

AzerVoice-un məlumatına görə, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın “Associated Press”, “News Nation”, “Fox New”, ABC, CNN, “The Washington Post”, PBS, “Forbes Breaking News”, “C-Span” kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.

“The Washington Post” yazır ki, səfər zamanı Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) çevirəcək yeni tranzit dəhlizi planlarını açıqlayıb. Qeyd olunur ki, bu marşrut Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan anklavı və Türkiyə ilə birləşdirəcək.

“Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Prezident Trampa Qafqazda sülhə verdiyi töhfəyə görə çox minnətdarıq”, - deyə PBS Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanatdakı çıxışına istinadla qeyd edir.

“Nyu York Post” yazır ki, mətbuata bəyanat zamanı Vitse-prezident Cey. Di. Vens Əfqanıstandakı ABŞ qüvvələri ilə birlikdə Azərbaycanın rolunu vurğulayıb, ABŞ-ın dəniz təhlükəsizliyinə yeni dəstəyini elan edib və Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış mühüm razılaşmadan sonra tərəfdaşlığın regional sülhün və iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirib.

“Herald USA” bildirir ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müdafiə, təhlükəsizlik, ticarət, investisiya kimi sahələrdə əməkdaşlıq çərçivəsi formalaşdırır.

Bununla yanaşı, “Reuters”də dərc olunmuş “ABŞ və Azərbaycan Vensin səfəri çərçivəsində strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar” sərlövhəli yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin bu gün tamamilə yeni mərhələyə qədəm qoyduğunu deyib. Yazıya əsasən, Vens bildirib ki, ABŞ Azərbaycana ərazi sularını qorumaq üçün gəmilər göndərəcək. Vurğulanır ki, Xartiya ilk dəfə avqust ayında Vaşinqtonda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında danışıqlarda təqdim olunub.

Fransanın AFP agentliyi yazır ki, ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından öncə Vens Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Qeyd olunur ki, görüşdə Vens müqavilənin bu tərəfdaşlığı rəsmiləşdirəcəyini və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcəyini bildirib.

“Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik”, - deyə yazıda Prezident İlham Əliyevin çıxışına istinad edilərək qeyd olunub.

Səfər Türkiyənin “Anadolu Agentliyi”, “Hürriyet”, “CNN Turk”, “TRT Avaz”, “Son dakika”, “Dünya”, “Haber Türk” media orqanlarında və bir sıra saytlarında geniş işıqlandırılıb. “Hürriyet”də dərc olunmuş “İmzalar atıldı. Azərbaycanla ABŞ arasında vacib anlaşma” başlıqlı yazıda bildirilir: “Birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib ki, dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”.

Rusiyanın TASS, “Komsomolskaya Pravda”, RBK, “Interfax”, “Russian Today”, “lenta.ru” və digər informasiya agentlikləri ABŞ ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında saziş imzalamasına geniş yer veriblər.

“Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər”,- deyə “RIA Novosti” yeni imzalanmış sənədə istinadən yazır.

Almaniyanın “Deutsche Welle” saytında dərc olunmuş “Vens Azərbaycan və Ermənistanla aktiv şəkildə sövdələşmələr bağlayır” adlı yazıya əsasən, Vens Azərbaycanda bildirib ki, müqavilə iki ölkə arasında tərəfdaşlığı rəsmiləşdirəcək və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcək. Qeyd olunur ki, Vensin səfəri ABŞ-ın Cənubi Qafqazda təsirini genişləndirməyə çalışdığı bir zamanda gerçəkləşir.

Həmçinin İtaliya, Yaponiya, Rumıniya, Monteneqro, İran, Qazaxıstan, Ukrayna, Gürcüstan, Çin, Polşa, Bolqarıstan, Avstriya, Latın Amerikası ölkələri, ərəb ölkələri mediası Vensin Cənubi Qafqaz səfəri, imzalanmış sənədlər və bu əlaqələrin regional əməkdaşlıq üçün açdığı imkanlar barədə yazıb.

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
Məqalədə: #Strateji Tərəfdaşlıq Xartiyası #ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens #Vensin Azərbaycana səfəri #Vensin Azərbaycana səfəri dünya mediasının diqqətində #Fox New #The Washington Post

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
20:42
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
20:39
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
20:33
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
20:30
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
20:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.