Starmer, Mançester Yunated rəhbərinin miqrasiya ilə bağlı fikirlərini qınayıb
Böyük Britaniyanın Baş naziri Kir Starmer “Mançester Yunayted” klubunun ortaq sahibi Cim Retkliffin miqrasiya ilə bağlı səsləndirdiyi fikirləri kəskin tənqid edib və ondan üzr istəməyi tələb edib. 2020-ci ildən Monakoda yaşayan milyarder ölkədə sosial müavinət alanların sayının və miqrasiyanın yüksək olduğunu bildirib.