Peterburqda Özbəkistan vətəndaşı uşağı ölümdən xilas edib
Sankt-Peterburqda Özbəkistan əsilli xadiməçi Xayrullo İbadullayev yeddinci mərtəbənin pəncərəsindən yıxılan yeddi yaşlı uşağı havada tutaraq onun həyatını xilas edib. Hazırda uşaq xəstəxanada reanimasiya şöbəsindədir, vəziyyəti stabildir. Uşağı xilas edən Xayrullo İbadullayev isə yüngül xəsarətlər alıb. Məlumata görə, uşağın anası həmin vaxt evdə olub, lakin telefonla danışdığı üçün hadisədən gec xəbər tutub. İdarəetmə şirkəti cəmi bir neçə aydır işləyən xadiməçinin bu fədakar hərəkətini yüksək qiymətləndirib.