Meksika kartelləri internet vasitəsilə terror yayır
Meksika təhlükəsizlik qüvvələrinin ölkənin ən çox axtarılan kartel rəhbəri "El Mencho"nu zərərsizləşdirməsindən sonra sosial şəbəkələr saxta zorakılıq xəbərləri ilə dolub. "Xalisko — Yeni Nəsil" (CJNG) kartelinin lideri Nemesio Oseguera Cervantesin ("El Mencho") bazar günü öldürülməsinə cavab olaraq tərəfdarları real dünyada yolları bağlayıb, avtobusları və mağazaları yandırsalar da, virtual məkanda vəziyyət daha dəhşətli təsvir edilib.