Pakistan necə nüvə dövləti oldu? Hollandiyadan qaçış və gizli laboratoriyalar
Pakistanın nüvə silahına sahib olması sadəcə texnoloji nailiyyət deyil, eyni zamanda Cənubi Asiyada geosiyasi balansın kökündən dəyişməsi demək idi. Hindistanın 1974-cü ildə keçirdiyi nüvə sınaqlarından sonra Zülfüqar Əli Bhuttonun "Ac qalsaq da, ot yesək də, o bombanı hazırlayacağıq" şüarı, Pakistanın təhlükəsizlik axtarışının simvoluna çevrildi. Bu yolun mərkəzində isə Qərbin "nüvə casusu", Pakistanın isə "milli qəhrəmanı" sayılan metallurq mühəndis Əbdül Qədir Xan dayanırdı.