Rəsmi Pekin nüvə tərksilahı ilə bağlı üçtərəfli danışıqlardan imtina etdi
Çin nüvə arsenalının azaldılması üzrə ABŞ və Rusiya ilə birlikdə üçtərəfli danışıqlarda iştirak etmək təklifini növbəti dəfə rədd edib.Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Pekində keçirilən brifinqdə bildirib ki, ölkəsinin nüvə tərksilahı prosesinə cəlb edilməsi qeyri-real və ədalətsiz yanaşmadır. O, ABŞ Dövlət katibi Marko Rubionun gələcək nüvə sazişlərinə mütləq şəkildə Çinin də daxil edilməsi barədə bəyanatını şərh edərək, Vaşinqtonun bu sahədə "xüsusi və prioritet məsuliyyət" daşıdığını vurğulayıb.