Tehranda tibbi fövqəladə vəziyyət elan olundu
İran paytaxtında və bombardmana məruz qalan digər şəhərlərdə səhiyyə sistemi yüksək hazırlıq rejiminə keçirilib. İran Səhiyyə Nazirliyi Tehranın bütün xəstəxanalarında və zərbələrə məruz qalan digər şəhərlərdə tibbi fövqəladə vəziyyət elan edib. Rəsmi məlumata əsasən, bütün təcili tibbi yardım maşınları və tibbi heyət tam hazır vəziyyətə gətirilib.