BMT Təhlükəsizlik Şurası İran ətrafında eskalasiya ilə bağlı toplanır
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrail və ABŞ tərəfindən İrana endirilən zərbələr və regionda davam edən eskalasiya fonunda fövqəladə iclas keçirməyə hazırlaşır. BMT-nin Baş katibi Antoniu Quterreş vəziyyətlə bağlı bəyanatla çıxış edərək dərhal hərbi əməliyyatların dayandırılmasına çağırıb.