İran Hörmüz boğazında dəniz hərəkətini məhdudlaşdırdığını açıqlayıb
İran İnqilab Keşikçiləri Korpusu ABŞ və İsrailin İrana yönəlmiş hücumları fonunda strateji əhəmiyyətə malik Hörmüz boğazında dəniz hərəkətinin məhdudlaşdırıldığını bəyan edib. İran mediasında yayılan məlumatlara əsasən, təhlükəsizlik riskləri səbəbindən boğazdan keçən dəniz nəqliyyatına xəbərdarlıq olunub və bəzi neft marşrutlarına çıxışın məhdudlaşdırıldığı bildirilib. Bununla belə, keçidlərin tam bağlanması ilə bağlı rəsmi və beynəlxalq təsdiqlənmiş açıqlama hələlik təqdim olunmayıb.