Trampın planı və İranın şərtləri arasında: Müharibənin taleyi ilə bağlı 3 ssenari hansılardır?
Beynəlxalq ictimaiyyət ABŞ və İran arasında keçirilən ilk raund danışıqların nəticələrini böyük maraqla gözləyir. Ekspertlər bu mərhələni həlledici, lakin təhlükəli adlandırırlar. Danışıqlar fonunda baş verən siyasi və hərbi manevrlər tərəflər arasındakı uçurumun nə dərəcədə dərin olduğunu göstərir. Hörmüz boğazı və İranın nüvə proqramı hələ də ixtilafın mərkəzindədir.
Donald Tramp: ABŞ ordusu İrana hücumları 5 həftəyə qədər davam etdirə bilər
ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə verdiyi müsahibədə İrana qarşı hərbi kampaniyanın gələcək perspektivləri və Vaşinqtonun strateji hədəfləri barədə mühüm açıqlamalar verib.