Bir neçə ölkə vətəndaşı İrandan Azərbaycan ərazisinə daxil olub
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir. Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Proses aidiyyəti dövlət qurumlarının koordinasiyası ilə davam etdirilir.
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının və əcnəbi vətəndaşların təxliyəsi prosesi davam edir.