Ceffri Epsteyşının işi yenidən gündəmdə: Məhkəmə-tibbi ekspert niyə intihar versiyasını dərhal təsdiqləmədi?
2019-cu ildə həbsxana kamerasında ölü tapılan amerikalı maliyyəçi Ceffri Epsteyşının ölümü ilə bağlı müzakirələr illər keçməsinə baxmayaraq davam edir. Yeni açıqlanan sənədlər Epsteyşının ölümünü araşdıran məhkəmə-tibbi ekspertin ilkin mərhələdə intihar versiyasını dərhal təsdiqləməməsinin səbəblərini ortaya qoyub. ABŞ-da 10 avqust 2019-cu ildə Nyu-York şəhərindəki həbsxanalardan birində ölü tapılan Ceffri Epsteyşın cinsi cinayətlər və insan alveri ilə bağlı ittihamlarla həbs edilmişdi. Hadisədən qısa müddət sonra rəsmi qurumlar onun ölümünü intihar kimi qiymətləndirsələr də, hadisə uzun müddət müxtəlif şübhələr və müzakirələr doğurub.