Rubio müttəfiqlərdən SEPAH və Hizbullahın terror təşkilatı kimi tanınmasını tələb edir
ABŞ Prezident Donald Tramp administrasiyası amerikalı diplomatlara müttəfiq ölkələrə təzyiq göstərmək barədə göstəriş verib. Vaşinqton müttəfiqlərindən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın "Hizbullah" qruplaşmasını terror təşkilatları siyahısına salmağı tələb edir.