ABŞ Senatında demokratlardan İsrailə silah satışına "yox": Səsvermənin təfərrüatları
ABŞ Senatında keçirilən son səsvermə zamanı Demokratlar Partiyasının üzvləri İsrailə hərbi texnika və sursat tədarükünə qarşı genişmiqyaslı etiraz nümayiş etdiriblər. "Axios" saytının müxbirinin verdiyi məlumata görə, səsvermənin nəticələri partiya daxilində İsrailin hərbi əməliyyatlarına qarşı artan narazılığı ortaya qoyub.
İsa Məsih Çingiz xandan üstün deyil - Benyamin Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətdə ciddi narazılıq doğuran çıxışında mənəvi dəyərləri kənara qoyaraq "güclü olan sağ qalır" fəlsəfəsini açıq şəkildə müdafiə edib. O, öz siyasətinə bəraət qazandırmaq üçün tarixdəki qanlı imperiyaların və amansız gücün ədalətdən daha üstün olduğunu iddia edib.
Pakistandan ABŞ-a "Nüvə Raketi" cavabı: "Qitələrarası mənzil iddiası həqiqəti əks etdirmir"
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi, ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın "Pakistanın nüvə potensialı ABŞ materikini təhdid edir" iddialarını qətiyyətlə rədd edib. İslamabad rəhbərliyi raket proqramının tamamilə müdafiə xarakterli olduğunu və regional sabitliyi qorumağa xidmət etdiyini vurğulayıb.