Trampın Qrenlandiya iddiası Avropanı ayağa qaldırdı: NATO adaya gizli hərbi qüvvə yeritdi
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyi və bu məqsədlə hərbi variantları istisna etməməsi NATO daxilində görünməmiş böhrana səbəb olub. Danimarkanın DR dövlət yayımçısının əldə etdiyi gizli hərbi əməliyyat əmrinə əsasən, yanvarın 13-də Danimarka və müttəfiqləri adanın müdafiəsi üçün bölgəyə qoşun yeridib.