BMT İranın hücumlarını pisləyən qətnaməni yekdilliklə qəbul edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası bu gün, 25 mart tarixində keçirilən təcili debat çərçivəsində İran tərəfindən həyata keçirilən hərbi hücumları kəskin şəkildə pisləyən qətnamə qəbul edib. Səudiyyə Ərəbistanı Krallığının Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri və İordaniya ilə əməkdaşlıq çərçivəsində hazırladığı sənəd Şura tərəfindən yekdilliklə təsdiqlənib.