Hakan Fidanın "Stratcom" Sammitindəki tarixi çıxışı: Qlobal sistemdəki qırılma və Yeni nizam axtarışı
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Beynəlxalq Strateji Kommunikasiya Sammitində (Stratcom) çıxış edərək, dünya nizamının hazırkı vəziyyəti, regionda davam edən müharibələr və informasiya cəbhəsindəki mübarizə barədə mühüm mesajlar verib.
STRATCOM Zirvəsi qlobal problemlərin həlli üçün platformadır - Burhanəddin Duran
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran STRATCOM Zirvəsi ilə bağlı sosial media hesabında paylaşım edib. Duran qeyd edib ki, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin əsas məqsədi strateji kommunikasiyanın imkanlarından istifadə edərək beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq düşüncəni təşviq etməkdir.