İrana quru qoşunlarının göndərilməsini istisna etmirəm- Tramp
ABŞ-ın "The Hill" qəzeti Prezident Donald Trampın İranla bağlı gərginliyi yeni müstəviyə daşıyan strateji açıqlamalarını yayıb.Prezident Tramp razılıq əldə olunmayacağı təqdirdə, ABŞ-ın hərbi müdaxilənin bütün formalarına, o cümlədən quru əməliyyatlarına hazır olduğunu bildirib."İranla razılıq əldə olunmayacağı təqdirdə, bu ölkəyə quru qoşunlarının göndərilməsini istisna etmirəm."-deyə o qeyd edib. Prezident həmçinin hədəf siyahısı ilə bağlı xəbərdarlığını yeniləyərək əlavə edib ki, "Əgər İranla razılaşma baş tutmasa, vurduğumuz hədəflər siyahısından kənarda qalan heç bir infrastruktur obyekti olmayacaq."
Pakistanın vasitəçiliyi ilə yeni diplomatik masaya kimlər qatılır?
Pakistan Dövlət Televiziyasının məlumatına görə, gələn bazar ertəsi Pakistan İran və Birləşmiş Ştatlar arasındakı gərginliyi azaltmaq məqsədilə dördtərəfli nazirlər görüşünə ev sahibliyi edəcək.