Maduro ABŞ həbsxanasından ilk dəfə müraciət etdi - Sabit və sakitik
ABŞ-da həbsdə saxlanılan Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı ilk dəfə sosial şəbəkə vasitəsilə tərəfdarlarına müraciət ediblər. Müraciətdə onların vəziyyətinin sabit olduğu, ruh yüksəkliyini qoruduqları və dua etdikləri bildirilib. Mesajda tərəfdarların göndərdiyi məktub və dəstək çağırışlarının mənəvi güc verdiyi vurğulanıb.