Hindistanda dünyanın ən böyük siyahıyaalınması başlayıb
Hindistanda dünyanın ən böyük milli əhali siyahıyaalınması prosesi başlayıb. ərşənbə günündən etibarən start götürən bu proses 2027-ci il martın 31-nə qədər davam edəcək. Pandemiya səbəbindən təxirə salınan siyahıyaalınma ölkənin sosial rifah proqramlarını və siyasi təmsilçilik xəritəsini yenidən formalaşdıra bilər. Siyahıyaalınma iki əsas mərhələdən ibarət olacaq. Birinci mərhələdə məmurlar bir ay ərzində ev təsərrüfatları, mənzil fondu və yaşayış şəraiti barədə məlumat toplayacaqlar. Məlumatlar həm şəxsi sorğular, həm də smartfon tətbiqi vasitəsilə onlayn şəkildə qəbul ediləcək. İkinci mərhələ isə sentyabr ayından başlayacaq və əhalinin sosial-iqtisadi xüsusiyyətlərini, o cümlədən din və kasta mənsubiyyətini əhatə edəcək.