ABŞ-da dizel qiymətləri kəskin artır: Müharibənin iqtisadi təsiri dərinləşir
ABŞ-da dizel qiymətlərinin sürətlə artması müharibənin iqtisadi təsirləri ilə bağlı narahatlıqları daha da gücləndirib. Ekspertlər nəqliyyat xərclərinin yüksəlməsi səbəbindən ərzaq və gündəlik məhsulların qiymətlərində də artım müşahidə olunduğunu bildirirlər. Donald Tramp vəziyyətin müharibə başa çatdıqdan sonra normallaşacağını desə də, bununla bağlı konkret vaxt açıqlamayıb. Hörmüz boğazında yaranan gərginlik isə qlobal enerji bazarına təzyiq göstərməkdə davam edir.
Çində yanacaq qiymətləri artırılır
Qeyd olunub ki, Çin aprel ayında İranla müharibə və Hörmüz boğazının bağlanması səbəbindən qlobal neft qiymətlərində yaranan artımın təsirini azaltmaq üçün yanacaq qiymətlərini aşağı salmışdı. Hazırkı qərar isə qiymət limitlərinin yenidən artırılması mərhələsinə keçidi göstərir
Spirit Airlines çökür: ABŞ-ın nəhəng aviaşirkəti bu gün ifalasını elan edəcək
Amerikanın "Spirit Airlines" hava yolları şirkəti hökumətdən dəstək ala bilmədiyi üçün bu gün öz əməliyyatlarını dayandırmağa hazırlaşır. Agentlik əlavə edib ki, şirkət İran müharibəsi səbəbindən təyyarə yanacağı qiymətlərinin kəskin artması nəticəsində son iki ildən az müddətdə artıq ikinci dəfə iflas prosedurları ilə üzləşib.
Ümumdünya Bankı, BMT və BVF-dən birgə həyəcan təbili - Yaxın Şərqdəki müharibə qlobal aclıq riskini artırır
Dünyanın üç nəhəng maliyyə və humanitar təşkilatı Yaxın Şərqdə davam edən hərbi münaqişələrin qlobal ərzaq təhlükəsizliyinə sarsıdıcı zərbə vurduğu barədə birgə bəyanat yayıb.
Pakistanda ictimai nəqliyyat hər kəs üçün pulsuz oldu
Nazirin sözlərinə görə, yeni qayda şənbə günündən etibarən qüvvəyə minəcək. Əhaliyə sosial dəstək məqsədilə atılan bu addım paytaxt sakinlərinin enerji şoku və artan yanacaq xərcləri qarşısında yükünü yüngülləşdirmək məqsədi daşıyır. Mohsin Naqvi qeyd edib ki, bu təşəbbüsün maliyyələşdirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən 350 milyon rupi məbləğində vəsait ayrılıb.