İsraillilərin 42 faizi İranla atəşkəsin uzadılması qərarına qarşıdır- Maariv
Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 28 faizi bu addımı doğru hesab etdiyini bildirib. İsrail ictimaiyyətində Trampın bu qərarına qarşı yaranan narazılıq, Tehranın vaxt qazanması və regional gərginliyin qeyri-müəyyən qalması ilə bağlı narahatlıqlardan qaynaqlanır. Bir çox israilli İranın bu müddət ərzində öz qüvvələrini yenidən qruplaşdırmasından və əks-hücuma hazırlaşmasından ehtiyat edir.
İsrailin hava həyəcanı xəritəsi - "Kfar Şamuna" ən çox hədəf alınan bölgə oldu
İsrail Daxili Cəbhə Komandanlığının "Tzeva Adom" (Qırmızı Rəng) xəbərdarlıq sistemindən əldə edilən son məlumatlar, 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən bəri İsrail ərazisində həyəcan siqnallarının görünməmiş tezliklə səsləndiyini ortaya qoyub.
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini qəbul etmədi
Yaxın Şərqdə davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində atılan diplomatik addımlar nəticəsiz qalıb. İranın yarı-rəsmi "Fars" xəbər agentliyi Tehran rəhbərliyinin ABŞ-dan gələn 48 saatlıq müvəqqəti atəşkəs təklifini rəsmən rədd etdiyini duyurub.
Tramp İran neftinə göz dikib - Nefti ələ keçirib böyük sərvət qazanacağıq
ABŞ Prezidenti Donald Tramp İranın neft resurslarını nəzarətə götürmək barədə iddialı və mübahisəli planlarını yenidən gündəmə gətirib. Tramp özünün "Truth Social" platformasında paylaşdığı mesajında İran müharibəsinin iqtisadi hədəflərini açıq şəkildə bəyan edib: "Bir az vaxt keçsin, biz Hörmüz boğazını asanlıqla aça, nefti ələ keçirə və nəhəng sərvət qazana bilərik".