11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrailin hava həyəcanı xəritəsi - "Kfar Şamuna" ən çox hədəf alınan bölgə oldu

İsrail Daxili Cəbhə Komandanlığının "Tzeva Adom" (Qırmızı Rəng) xəbərdarlıq sistemindən əldə edilən son məlumatlar, 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən bəri İsrail ərazisində həyəcan siqnallarının görünməmiş tezliklə səsləndiyini ortaya qoyub.

12 Aprel 2026 07:00
İsrailin hava həyəcanı xəritəsi - "Kfar Şamuna" ən çox hədəf alınan bölgə oldu

BAKI,VOA Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

İsrail Daxili Cəbhə Komandanlığının "Tzeva Adom" (Qırmızı Rəng) xəbərdarlıq sistemindən əldə edilən son məlumatlar, 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən bəri İsrail ərazisində həyəcan siqnallarının görünməmiş tezliklə səsləndiyini ortaya qoyub.

Müharibənin başladığı gündən bu yana İsraildə 8633 dəfə hava həyəcanı siqnalı verilib.

Təhdidlərin növü və intensivliyi

Məlumata görə, həyəcan siqnallarının pay bölgüsü belədir:

Raket hücumları - 6212 dəfə;

PUA (Dron) hücumları - 2414 dəfə;

İnfiltrasiya (sızma) cəhdləri - 3 dəfə.

Statistika göstərir ki, müharibənin ilk iki günü raket hücumları pik həddə çatsa da (1100 siqnal), dördüncü gündən etibarən İran və müttəfiqləri taktiki dəyişiklik edərək PUA-lara üstünlük verməyə başlayıblar.

Coğrafi bölgü - Şimal cəbhəsi daha çox vuruldu

İsrailin şimalı, xüsusilə Livanla sərhəd bölgələri ən çox hədəf alınan zonalar olub:

Şimal cəbhəsi - 3406 həyəcan siqnalı;

Samariya (İordan çayının qərb sahili) - 1228 həyəcan siqnalı;

Yuxarı Qaliley - 1079 həyəcan siqnalı.

Ən çox hücuma məruz qalan yaşayış məntəqəsi 222 siqnal ilə Kfar Şamuna kəndi olub. Onu 214 siqnal ilə Misgav Am şəhəri izləyir. İsrailin "Alma" mərkəzinin məlumatına görə, Hizbullahın atdığı raketlərin 71,5%-i sərhədin ilk 5 kilometrlik zonasını hədəf alıb.

İranın ballistik zərbələri və regional təsir

İsrail ordusunun martın 22-nə olan məlumatına görə, İran müharibənin əvvəlindən bəri 400-dən çox ballistik raket atıb. İsrail tərəfi itkilər və müdafiə sistemlərinin effektivliyi barədə ciddi senzura tətbiq etsə də, raket qəlpələrinin çox sayda yaralanmaya və infrastruktura ziyan vurduğu bildirilir.

Regional miqyasda isə İranın cavab zərbələri təkcə İsraillə məhdudlaşmayıb. Tehrandan əsasən Körfəz ölkələri olmaqla 7 ərəb dövlətinə ümumilikdə 6243 raket və PUA göndərildiyi rəsmi məlumatlarda yer alıb.

Prezident Donald Trampın çərşənbə günü elan etdiyi iki həftəlik atəşkəs razılaşması fonunda gərginlik hələ də davam edir. İran atəşkəsin Livanı da əhatə etdiyini israr etsə də, ABŞ və İsrail bunun yalnız İran-ABŞ cəbhəsinə aid olduğunu bildirir. Təkcə son sutkada İsrailin Livana endirdiyi zərbələr nəticəsində 254 nəfər ölüb, 1165 nəfər yaralanıb.

Bu gün isə ABŞ və İran nümayəndələri arasında Pakistanın vasitəçiliyi və ev sahibliyi ilə danışıqlar keçirildi.

Məqalədə: #ABŞ-İran müharibəsi 2026 #Atəşkəs şərtləri #İsrail Daxili Cəbhə Komandanlığı #Tzeva Adom (Qırmızı Rəng) xəbərdarlığı #Kfar Şamuna hücumları #Hizbullah raket zərbələri #Ballistik raket hücumu statistika #Livan sərhədi gərginlik #İsraildə müharibənin başladığı gündən bəri səslənən hava həyəcanı siqnallarının sayı #İranın 2026-cı il müharibəsində istifadə etdiyi raket və PUA-ların pay bölgüsü #Kfar Şamuna və Misgav Am bölgələrinin hədəf alınma intensivliyi #Donald Trampın elan etdiyi ABŞ-İran atəşkəsinin detalları #İsrailin Livan cəbhəsində son 24 saatda həyata keçirdiyi hərbi əməliyyatların nəticələri #İranın Körfəz ölkələrinə atdığı raketlərin sayı və hədəfləri

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.