Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir
Aprelin 4-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan Təhsil Forumu keçirilib. Forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bu sahədə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, yeni yanaşmaların müzakirəsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına diqqətin artırılması olub.