9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir

Aprelin 4-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan Təhsil Forumu keçirilib. Forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bu sahədə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, yeni yanaşmaların müzakirəsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına diqqətin artırılması olub.

4 Aprel 2026 18:41
Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir

BAKI,VOA, Orxan Qədirzadə

Aprelin 4-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan Təhsil Forumu keçirilib.

VOA Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, forum Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bu sahədə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, yeni yanaşmaların müzakirəsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına diqqətin artırılması olub.

Forum iştirakçıları əvvəlcə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Forumun açılışında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış ediblər.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını, regionlarda, o cümlədən Lənkəranda bu sahənin inkişafının gənclərin məşğulluq imkanlarını genişləndirdiyini qeyd edib. Komitə sədri forumun əhəmiyyətini qeyd edərək bildirib ki, belə tədbirlər yeni ideyaların müzakirəsi və təcrübə mübadiləsi üçün vacib platformadır.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında bildirib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində peşə təhsili sistemi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, bu sahədə müasir yanaşmaların tətbiqi genişlənib. Nazir müavini qeyd edib ki, regionlarda peşə təhsilinin inkişafı həm iqtisadi fəallığın artırılması, həm də əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, regionlarda peşə təhsilinin inkişafı yerli iqtisadiyyatın gücləndirilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Lənkəranda bu sahəyə göstərilən diqqət gənclərin peşə bacarıqlarına yiyələnməsi üçün geniş imkanlar yaradır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb, peşə mərkəzlərinin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsinin və dual təhsil modelinin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Tamam Cəfərova, Mehriban Vəliyeva, Elnarə Akimova, Afət Həsənova, Samir Vəliyev, Ceyhun Məmmədov və Vasif Qafarov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov çıxış ediblər.

Çıxışlarda regionlarda ixtisaslı kadr hazırlığının gücləndirilməsi, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi və peşə təhsilinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda regionlarda peşə təhsili sahəsində fəaliyyətlərinə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup əməkdaşına Milli Məclisin Elm və təhsil komitəsinin fəxri diplomu təqdim olunub.

Forum regionlarda peşə təhsilinin rolunun gücləndirilməsi, mövcud imkanların dəyərləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir Lənkəranda Təhsil Forumu - Regionlarda peşə təhsili diqqət mərkəzindədir
Məqalədə: #Regionlarda peşə təhsilinin inkişaf perspektivləri 2026 #Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi fəaliyyəti #Azərbaycanın regionlarında gənclərin məşğulluq strategiyası #Peşə təhsilində dövlət-özəl sektor əməkdaşlığı #Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı qaydaları #Regionlarda peşə təhsilinin rolu və imkanları forumu #Lənkəran Təhsil Forumu #Regionların inkişafı

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35

Son Xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.