Modi nüvə reaktorunun kritik mərhələyə çatdığını açıqladı
Hindistanın nüvə proqramı ilə bağlı son açıqlamaları beynəlxalq müzakirələrə səbəb olub və sosial şəbəkələrdə geniş rezonans doğurub. Hindistanın Baş naziri Narendra Modi ölkəsinin nüvə proqramında mühüm mərhələyə çatdığını açıqlayıb. Baş nazir bildirib ki, Hindistanın nüvə proqramının ikinci mərhələsi çərçivəsində Kalpakkam Nüvə Reaktoru kritik iş rejiminə daxil olub. Bu mərhələ reaktorun özünü sabit saxlayan zəncirvari reaksiyanın başladığını göstərən mühüm texniki mərhələ hesab olunur.