Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Bütün bu amillər Körfəz monarxiyalarını Qərbdən asılı olmayan müstəqil təhlükəsizlik arxitekturası qurmağa məcbur edir.
İranla heç bir gizli razılaşma yoxdur - Qətər XİN
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi açıqlamada İranın müharibə dövründə Qətərə qarşı hücumlarının davam etdiyini və bu hərəkətlərin yalnız atəşkəs elan olunduqdan sonra dayandığını bildirib. Sözçü vurğulayıb ki, İran müharibənin əvvəlindən atəşkəsə qədər olan müddətdə bütün "qırmızı xətləri" keçib və Tehranın bu siyasəti bölgədəki qeyri-sabitliyin əsas səbəblərindən biridir.