Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir
İsrailin keçmiş müdafiə naziri və “Bizim Evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman Baş nazir Benyamin Netanyahunu Qəzza müharibəsi zamanı HƏMAS-la gizli əlaqələr saxlamaqda ittiham edib. Libermanın sözlərinə görə, Netanyahu 2014-cü ildə Qəzza müharibəsi zamanı HƏMAS rəhbərliyi ilə təhlükəsizlik və hərbi rəhbərliyin məlumatı olmadan əlaqə yaradıb. O, baş nazirin Yəhya Sinvarla da yazışdığını iddia edib.
İsrailin xüsusi xidmət orqanları Hərbi Hava Qüvvələri daxilindəki İran casus şəbəkəsini araşdırır
İsrailin "Kanal 7" televiziyasının verdiyi məlumata görə, ölkənin daxili təhlükəsizlik xidməti olan Şabak (Şin Bet) və İsrail Polisi İranın xeyrinə fəaliyyət göstərməkdə şübhəli bilinən casus şəbəkəsi ilə bağlı genişmiqyaslı təhqiqat aparır.