Livan prezidenti müharibədən qaçmaq üçün danışıqları yeganə yol sayır
Livan prezidenti Cozef Aun ölkənin müharibənin yaratdığı dağıntı və iztirabdan qorunmasının yeganə real yolunun danışıqlar olduğunu bildirib. Aun Livanın qarşıya çıxan çətinliklərə baxmayaraq danışıqlar aparmaq qərarında olduğunu deyib. Onun sözlərinə görə, əsas məqsədlər ölkənin cənubunda təhlükəsizliyin təmin edilməsi, ordunun sərhəd boyunca yerləşdirilməsi, məhbusların geri qaytarılması, köçkünlərin evlərinə dönməsi və ölkənin yenidən qurulmasıdır.
İran Livandan imtina edir- Əsəddiz Suriya sonrası silahsız Hizbullah
Livan və İsrail arasında danışıqların aparılması ilk dəfə baş verən hadisə deyil. Lakin hər dəfə bu mövzu gündəmə gələndə fərqli daxili və regional balansları əks etdirir. 2026-cı il danışıqlarının konteksti 1982 və 1983-cü illərdən köklü şəkildə fərqlənir.Hazırkı danışıqlarla 42 il əvvəlki danışıqlar arasında hansı fərq var? 1982-ci ildə İsrail ordusu Livanı Beyruta qədər işğal etmişdi. Fələstin Azadlıq Təşkilatı (FAT) ölkədən çıxarılmış, lakin 1976-cı ildə daxil olan Suriya ordusu orada qalmışdı. Tehranın qərarı və Dəməşqin yardımı ilə 1982-ci ilin iyununda əsası qoyulan "Hizbullah"ın o zaman böyük bir rolu yox idi. Bəzi qüvvələrə elə gəlirdi ki, güc balansı yeni bir siyasi kursa imkan verir. İsrail rəhbərliyi, Menahem Begin və Ariel Şaron 1982-ci ildə seçilmiş prezident Bəşir Cəmayıl ilə sülh sazişinin imzalanması üçün gizli əlaqə kanalları açmışdılar.