Qəzzada ölənlərin sayı 73 min nəfəri keçib
Qəzza zolağında İsrail hücumlarında ölənlərin sayı 73 min 35 nəfərə çatıb. Məlumata görə, 173 min 368 nəfər yaralanıb. Oktyabr atəşkəsindən sonra da 1 005 nəfərin öldüyü bildirilir. Rəqəmlər Fələstinin “Vəfa” agentliyi tərəfindən yayımlanıb. Bölgədə humanitar vəziyyət ağır olaraq qalır.
BƏƏ-də banklara "WhatsApp" vasitəsilə sənəd tələb etmək qadağan edildi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən bütün maliyyə institutlarına müştərilərdən həssas sənədlərin və fərdi məlumatların "WhatsApp" və digər qeyri-rəsmi mesajlaşma tətbiqləri vasitəsilə toplanmasını rəsmən qadağan edib. Bu addım kibercinayətkarlıqla mübarizə və müştəri məlumatlarının qorunması məqsədilə atılmış strateji bir qərardır.