Hizbullah İsrail mövqelərinə yeni hücumlar etdiyini açıqlayıb
“Hizbullah” Cənubi Livanda İsrail mövqelərinə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb. Təşkilat Biyyada və Rəşaf ətrafında İsrail qüvvələri və hərbi texnikasının hədəfə alındığını bildirərkən, İsrail ordusu son hücumlarda üç hərbçinin yaralandığını bəyan edib.
İsrail ordusu bildirir ki, Livanın cənubunda bir əsgər “ağır yaralanıb”.
Məlumatda qeyd olunur ki, yaralı əsgər təxliyə edilərək xəstəxanaya yerləşdirilib.