Hizbullah Livanın cənubunda İsrail atəşini pisləyib
Hizbullah İsrail qüvvələrinin Livanın cənubunda mülki şəxslərə atəş açdığını bildirib. İki nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı qeyd olunub. Təşkilat bunu atəşkəsin pozulması kimi qiymətləndirib. Hadisə Nəbatiyyə bölgəsində baş verib.
Türkiyədə daha bir məktəbdə silahlı hücum: ölən və yaralananlar var
Məlumata əsasən, Kahramanmaraş valisi Mükerrem Ünlüer məktəbdə hələlik səbəbi bilinməyən silahlı hücum baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralananların olduğu barədə ilkin məlumat daxil olub. Qeyd olunub ki, hüquq-mühafizə orqanları insidentin bütün təfərrüatlarını araşdırır.
İranda silahlı hücum nəticəsində 3 mühafizəçi həlak olub
İranın Sistan-Belucistan vilayətində kimliyi məlum olmayan şəxslərin mühafizəçilərə atəş açması nəticəsində 3 nəfər həyatını itirib. Hadisə Zahedan şəhərinin Lar bölgəsində, İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qərargahı üzvləri xidmət zamanı baş verib. Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başlayıb. Hələlik hücum edənlərin kimliyi və sayı açıqlanmayıb. İran rəsmiləri hadisədən sonra bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər və istintaq davam edir.
ABŞ-da katolik məktəbində atışma baş verib (ƏLAVƏ OLUNUB)
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yerləşən yerli katolik məktəbində atışma baş verib. Hadisə yerinə Federal Təhqiqat Bürosunun (FTB) və Alkoqol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələr Bürosunun əməkdaşları cəlb olunub.
Suriyada təhlükəsizlik əməkdaşlarına qarşı hücum olub
Hadisə Tartus əyalətində baş verib. Daxili təhlükəsizlik patrulu yol kənarında dayanmış şübhəli avtomobili yoxlamaq üçün yaxınlaşarkən atəşə tutulub. Məlumata görə, hücum zamanı iki əməkdaş ölüb, avtomobildə olan naməlum silahlılar isə ərazidən qaçıb. Hücum edənlərin kimliyi və yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
ABŞ-da hərbi bazada silahlı insident baş verib
ABŞ-ın Corciya ştatında yerləşən Fort Stüart hərbi bazasında naməlum şəxs atəş açıb, hərbi obyektin bir hissəsi bağlanıb. İnsident nəticəsində xəsarət alanların olduğu, lakin ümumi vəziyyətin sabit qaldığı bildirilib.
ABŞ-da universitetdə silahlı insident baş verib
ABŞ-ın Nyu-Meksiko universitetinin tələbə şəhərciyində atışma baş verib.
Roma Papası Qəzzadakı müharibənin dayandırılmasına çağırıb
Roma Papası XIV Leo bazar günü İsrailin Qəzza şəhərində yerləşən Müqəddəs Ailə Katolik kilsəsinə etdiyi hücumdan sonra müharibənin dayandırılmasına çağırıb.
Pakistanda silahlı atışma: Ölənlər var (FOTO)
Pakistanın Bəlucistan əyalətində, Zargi Şanuri bölgəsi yaxınlığında silahlı toqquşma baş verib.
Netanyahu Qəzzadakı kilsədə baş verən insidentə görə Roma Papasına təəssüfünü bildirib
İsrailin Baş naziri Benyamin Netanyahu, Papa XIV Leo ilə telefon danışığı zamanı Qəzzadakı Müqəddəs Ailə Kilsəsində baş verən insidentə görə təəssüfünü bildirib.
Nigeriyada silahlı hücumlarda 1000-dən çox insan ölüb
Nigeriyada 2025-ci ilin iyun ayında baş verən silahlı hücumlar, terror aktları və zorakılıq hallarının nəticəsi olaraq 1111 nəfər həlak olub, 276 nəfər isə qaçırılıb.