Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi
Qəzza zolağında uşaqların çərpələng uçurması İsrail ilə Fələstin arasında növbəti mübahisə mövzusuna çevrilib. İsrailin bununla bağlı “Sülh Şurası”na şikayət etməsindən sonra qurum Qəzzada çərpələng uçurulmasını da “silahlı fəaliyyət” kimi qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz daha əvvəl çərpələng, pilotsuz uçuş aparatları və şarlardan istifadə dayandırılmadığı təqdirdə hərbi əməliyyatların gücləndiriləcəyi və həmin ərazilərdə yaşayan insanların təxliyə ediləcəyi barədə xəbərdarlıq ediblər.
İordan çayının qərb sahilində məskunlaşanlarla bağlı səlahiyyətlər Ben-Qvirə verilir
İsrail müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilindəki yəhudi məskənlərində hüquq-mühafizə səlahiyyətlərinin ordudan Milli Təhlükəsizlik Nazirliyinə tabe polisə verilməsi üçün plan hazırlanmasını tapşırıb.
İsrailli Millətçi Qruplar Şərqi Qüdsün köhnə şəhərində yürüş keçiriblər
İsrailli millətçi qruplar işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərinin dar küçələrində yürüş keçirərək “Ərəblərə ölüm” və “Kəndləriniz yansın” kimi şüarlar səsləndiriblər. Son illərdə yürüşlər ifrat sağçı qrupların təxribat xarakterli şüarları, fələstinlilərə və jurnalistlərə qarşı hücumlar səbəbindən dəfələrlə zorakılıq halları ilə müşayiət olunub.