Tramp xəbərdarlıq edib: Sülh razılaşması əldə olunmasa, İran üçün “çox pis dövr” başlayacaq
ABŞ Prezidenti Donald Tramp İranla sülh razılaşmasının əldə olunmaması halında ölkəni ciddi nəticələrin gözlədiyini bildirib. Eyni zamanda, Tehran tərəfi Vaşinqtonun niyyətlərinə dair etimadsızlığın davam etdiyini açıqlayıb. Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Tramp administrasiyasından yeni danışıqlara hazırlıqla bağlı mesajlar alıb.