Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
2021-ci ildə bu rəqəmin cəmi 46 faiz təşkil etməsi Krallığın rəqəmsal iqtisadiyyat sahəsində atdığı nəhəng addımların bariz sübutudur.
Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın
Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyadakı proseslər və “Terrorsuz Türkiyə” hədəfi ilə bağlı mühüm açıqlamalar verib.Kalın Suriya böhranının başlanğıcından etibarən prosesdə aktiv rol aldıqlarını bildirərək, 8 dekabr inqilabından sonra ötən bir ildən artıq müddətdə Suriyaya bütüncül baxış bucağı ilə yanaşdıqlarını vurğulayıb.
Xaricə qaçmaq istəyən FETÖ üzvü MİT tərəfindən saxlanılıb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatları davam edir. Təşkilatın gizli strukturlarında yüksək vəzifə tutan və barəsində məhkəmə hökmü və axtarış qərarı olan Hakan Kahraman xaricə qaçmaq istəyərkən MİT-in keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.