Ermənistan Prezidenti Nikol Paşinyanı Baş nazir təyin edib
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyanı Baş nazir təyin edib. TASS agentliyindən verilən məlumata görə, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb. Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.
Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib
Ermənstanda keçirilmiş parlament seçkilərin nəticələrinə əsasən hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə çoxluq təşkil edəcək və hökuməti formalaşdıracaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib
Ermənistanın Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini hesablayıb. Nəticələrə əsasən, baş-nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz (727 160) səs toplayıb. Bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.
Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkilərində səslərin 56,7 faizini toplayır. Bu barədə Ermənistanın hakim partiyasının şifarişi ilə keçirilən "exit-poll" məlumatlarında bildirilib. Həmçinin bildirilib ki, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan tərəfindən qurulan "Güclü Ermənistan" partiyası seçicilərin 17,5 faizinin dəstəyini qazanıb. Digər siyasi qüvvələrin nəticələri barədə məlumat verilməyib.