“Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb
Səudiyyənin Milli Dəniz Nəqliyyatı Şirkəti (“Bahri”) donanmasına məxsus “Sidr” tankerinin avqustun 31-də Hörmüz boğazından keçərkən təhlükəsizlik insidentinə uğradığı açıqlanıb. Hadisə nəticəsində gəminin iki filippinli ekipaj üzvü həlak olub.
Hörmüz boğazında gəmiyə hücum əsassız və beynəlxalq hüququn pozulmasıdır - Sinqapur
Hörmüz boğazında Sinqapur bayrağı altında üzən Ever Lovely gəmisinə naməlum mərminin düşməsi beynəlxalq narahatlıq yaradıb. Sinqapurun Dənizçilik və Liman İdarəsi hadisəni əsassız və beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib. Qurumun məlumatına görə, gəmi təhlükəsiz şəkildə boğazı keçərək marşrutu üzrə hərəkətini davam etdirir. Hadisə zamanı gəmidə olan 21 nəfərlik ekipajın heç bir üzvü xəsarət almayıb. Rəsmi açıqlamada beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin qorunmasının vacibliyi xüsusi vurğulanıb. Sinqapur beynəlxalq sularda hər hansı hücumun dəniz nəqliyyatı üçün ciddi risk yaratdığını bildirib. Həmçinin bütün tərəflər beynəlxalq hüququn tələblərinə əməl etməyə çağırılıb. Hadisə Hörmüz boğazında təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
ABŞ mərkəzi komandanlığı qəzanı təsdiqləyir
ABŞ Mərkəzi Komandanlığı Hörmüz Boğazında qəza keçirən iki Apache helikopter pilotunun xilas edildiyini təsdiqləyib. Pilotlar təxminən iki saat ərzində təhlükəsiz şəkildə xilas olunub və stabil vəziyyətdədirlər. Xilasetmə əməliyyatında istifadə edilən dron sürət qayıqına bənzər dizayna malikdir və Task Force 59 tərəfindən idarə olunub. Hadisənin səbəbləri araşdırılır.