Qələbənin açarı birlik və ali rəhbərin ardınca getməkdir - İran
İranın Ali Məhkəmə rəhbəri Qulam-Hüseyn Möhsüni Ejei ölkənin düşmənin planlarına qarşı ayıq-sayıq olmasının vacibliyini bildirib. O, İranın “hibrid müharibə” şəraitində arxayınlaşmamalı olduğunu deyib. Ejeinin sözlərinə görə, qələbənin əsas açarı birlik və ali rəhbərin ardınca getməkdir. İran rəsmisi ABŞ-ın İran İslam Respublikası üzərində məğlubiyyətə uğradığını iddia edib. Onun sözlərinə görə, bundan sonra ABŞ-la müttəfiq ölkələrin rəhbərlərinin İranın gücü barədə təsəvvürləri dəyişib. Ejei İranın siyasi və ictimai birliyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, düşmənin ölkəyə qarşı müxtəlif istiqamətlərdə təzyiq göstərməyə çalışdığını bildirib. İran rəsmisi ölkənin bu təhdidlərə birlik şəraitində cavab verməli olduğunu qeyd edib.
İran 200-dən çox düşmən təyyarəsinin vurulduğunu iddia edib
İran İnqilab Keşikçiləri Korpusunun baş komandan müavini Mustafa İzədi müharibə ilə bağlı yeni açıqlama verib. O, 200-dən çox “düşmən təyyarəsinin” vurulduğunu iddia edib. İzədi bu nəticənin İran xalqının fəaliyyəti və informasiya sahəsində aparılan mübarizə ilə də əlaqəli olduğunu bildirib. İranlı general münaqişəni “hibrid müharibə” adlandırıb. Onun sözlərinə görə, İranın rəqibləri ölkəni həm daxildən, həm də hərbi əməliyyatlar yolu ilə zəiflətməyə çalışıblar. İzədi müharibənin İranın siyasi sistemini zəiflətdiyi barədə iddiaları rədd edib. O, İranın parçalanmadığını və siyasi sistemin zəifləmədiyini bildirib. General İran İslam Respublikasının əvvəlkindən daha güclü və möhkəm olduğunu iddia edib.
Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?
Prezident Əbdülfəttah əs-Sisinin Misirdə geniş şəkildə “Oktagon” (Səkkizbucaqlı) kimi tanınan yeni Strateji Komandanlıq Qərargahının açılışını etməsi, Misir dövlətinin yaxın keçmişindəki iğtişaşlardan çıxardığı bəzi dərslərin xülasəsidir. Bu addım həmçinin ölkənin dəyişkən regional mühitlə, alətləri və qaydaları sürətlə yenilənən müasir müharibələrlə mübarizə strategiyasındakı rəsmi transformasiyanı əks etdirir.
Hizbullah niyə İsraillə qarşıdurmada səksəninci illərin taktikalarına qayıdır?
Livanın "Hizbullah" qruplaşması İsrail qüvvələrinə qarşı 1980-ci illərdə tətbiq etdiyi hərbi taktikaları yenidən aktivləşdirib. Təşkilatın hərbi rəhbərliyinin açıqlamasına görə, bu addımın əsas məqsədi İsrail hərbçilərinin Livan ərazisində möhkəmlənməsinin qarşısını almaq və döyüşləri birbaşa toqquşma müstəvisinə keçirməkdir.
ABŞ çətiri zəifləyir – Aİ öz gücünü sınayır?
Avropa İttifaqına üzv ölkələrin nümayəndələri genişmiqyaslı mümkün hibrid hücuma hazırlıq çərçivəsində ortaq müdafiə mexanizminin aktivləşdirilməsini sınaqdan keçiriblər. Bu addım ABŞ-ın təhlükəsizlik çətirindən müəyyən uzaqlaşma fonunda və hərbi-texnoloji boşluqların artması ilə bağlı narahatlıqların gücləndiyi bir dövrə təsadüf edir.
Kölgədə aparılan müharibə: Azərbaycana qarşı kim hibrid hücuma rəhbərlik edir?
XXI əsrdə beynəlxalq qarşıdurmanın aparıcı forması hibrid müharibədir. Bu yeni reallıq artıq müharibə ilə sülh arasındakı sərhədləri silib. Ekspertlərin dediyinə görə, belə savaşlarda düşmən açıq hərbi müdaxiləyə əl atmadan gizli əməliyyatlar, diversiyalar, kiberhücumlar və separatçıların dəstəklənməsi kimi vasitələrdən istifadə edir. NATO-nun rəsmi yanaşmasında hibrid təhlükələr dedikdə, rəqibin eyni anda həm ənənəvi, həm də qeyri-ənənəvi vasitələrdən çevik şəkildə yararlanaraq siyasi-hərbi məqsədlərə çatmaq bacarığı nəzərdə tutulur. Azərbaycanın mürəkkəb geosiyasi mühitdə yerləşməsi bu problemi bizim üçün xüsusi aktuallığa çevirib.