ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib
ABŞ Ədliyyə Nazirliyi HƏMAS-a göndərilməsi nəzərdə tutulduğu iddia edilən 560 min dollardan çox rəqəmsal vəsaitin müsadirə edildiyini açıqlayıb. Əməliyyat Federal Təhqiqat Bürosu tərəfindən həyata keçirilib. ABŞ tərəfi HƏMAS-ın maliyyə toplamaq üçün rəqəmsal pul vasitələrindən istifadə etdiyini iddia edir. Əməliyyat zamanı təşkilatın istifadə etdiyi bildirilən bəzi internet ünvanları və rabitə vasitələri də nəzarətə götürülüb. Araşdırmaçılar maliyyə toplamaq üçün istifadə edildiyi iddia olunan rəqəmsal pul ünvanlarını müəyyənləşdiriblər. ABŞ rəsmiləri HƏMAS-a pul göndərmək istəyən minlərlə şəxslə bağlı məlumat əldə etdiklərini də bildiriblər. Bu məlumatların gələcək araşdırmalarda istifadə ediləcəyi açıqlanıb. ABŞ Ədliyyə Nazirliyi HƏMAS-ın maliyyə imkanlarına qarşı tədbirlərin davam etdiriləcəyini bildirib.
Çin və ABŞ hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib
Çin və ABŞ hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Pekində keçirilən görüşdə Van Syaohun və FTB direktoru Kaş Patel birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Görüş iki ölkə arasında son repatriasiya hallarından sonra baş tutub. Tərəflər narkotiklərlə mübarizə, kiberdələduzluq və çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərdiklərini bildiriblər. Çin ağır cinayətlərdə axtarılan ABŞ vətəndaşını Amerika tərəfinə təhvil verdiyini açıqlayıb. Rəsmi Pekin bu əməkdaşlığın Donald Tramp və Si Cinpinin razılaşmalarına əsaslandığını bildirib. Hər iki tərəf dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
ABŞ-da Dünya Çempionatı zamanı 600-dən çox pilotsuz uçuş aparatı müsadirə edilib
ABŞ-də futbol üzrə Dünya Çempionatı zamanı təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmi məlumata görə, iyunun 11-dən bəri stadionların yaxınlığında 600-dən çox pilotsuz uçuş aparatı müsadirə olunub. Oyun günlərində stadionların ətrafında müəyyən edilmiş hava məkanında bütün icazəsiz uçuşlar qadağandır. Bu qayda pilotsuz uçuş aparatlarına da şamil edilir. Yalnız müvafiq qurumların icazəsi olan uçuşlara icazə verilir. Federal Təhqiqat Bürosu bildirib ki, qayda pozuntuları turnirə ev sahibliyi edən bütün şəhərlərdə qeydə alınıb. Təhlükəsizlik tədbirləri yarışın fasiləsiz və təhlükəsiz keçirilməsi məqsədi daşıyır. Rəsmilər vətəndaşları müəyyən edilmiş məhdudiyyətlərə əməl etməyə çağırırlar.